Bakıda idman nazirlərinin konfransı keçiriləcək

İyunun 26-dan 29-dək Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçiriləcək.

Metbuat.az xəbər verir ki, 2022-ci ilin oktyabrın 28-də Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında ev sahibliyi haqqında Saziş imzalanıb və Azərbaycan MİNEPS VII konfransına ev sahibliyi etmək hüququ əldə edib.

Beynəlxalq Konfrans və əlaqədar tədbirlərdə təxmini 50-dən çox nazir və yüksək vəzifəli rəsmilər, 124-dək yaxın ölkə və beynəlxalq təşkilatlardan 540-dan çox nümayəndənin iştirakı gözlənilir.

Qeyd edək ki, konfransın yekununda UNESCO-nun idman təşəbbüsü olan “Fit for Life” layihəsindən irəli gələn “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. “Fit for Life” layihəsinin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVİD 19 pandemiyasının yaratdığı neqativ təsirlərin aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR