İstanbul nəhəngi "Milan"dan 2 futbolçu transfer edir

"Fənərbağça" İtaliyanın "Milan" klubunun formasını geyinən Divok Origi və Ante Rebici rənglərinə bağlamaq istəyir.

Metbuat.az bildirir ki, bu barədə italyan mediası yazır. Məlumata görə, İstanbul təmsilçisi artıq "Milan"la danışıqlara başlayıb.

Qeyd edək ki, Origi bu mövsüm 36 maça çıxıb və 2 qol, 1 asist ilə oynayıb. Rebic isə 31 maçda forma geyinib və 3 qol, 2 asistlik performans göstərib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR