Moskvadan qalxan biznes-jet Bakıya endi - Təyyarədə kimlər olub?

Rusiyalı oliqarxlar Potanin, Manturov, Rotenberq muzdluların üsyanı fonunda hava nəqliyyatı ilə səfərə çıxa bilər.

Metbuat.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları yazır. Mənbəyə görə, indiki vaxta qədər məlum olanlar var.

Bildirilir ki, təxminən saat 14:16-da (bundan sonra Moskva vaxtı ilə) Vladimir Putinin "İl96-300PU" təyyarəsi Moskvadan Sankt-Peterburqa doğru havaya qalxıb. O, Tver yaxınlığında radardan itib. Təyyarədə ordunun idarə edilməsi üçün avadanlıq var.

İkinci Prezident təyyarəsi Tu-214PU Moskvadan Sankt-Peterburqa saat 14:44-də havaya qalxıb. Müharibə üçün nəzərdə tutulmuş avadanlıqla təchiz olunub. O, Qatçina üzərində radardan itib.

Oliqarx və Putinin dostu Arkadi Rotenberqin biznes-jeti “Bombardier BD-700” bu gün səhər saat 11:30-da Moskvadan havaya qalxıb və saat 15:04-də Bakıya enib. Bu uçuş dünən gecə planlaşdırılıb.

Rusiya baş nazirinin müavini Denis Manturovun "Sukhoi Superjet" təyyarəsi səhər saat 7-də Moskvadan yola düşüb və gecə saat 12:06-da Türkiyənin Dalaman şəhərinə enib.

Oliqarx Vladimir Potaninin biznes-jeti “Gulfstream G650”nin bu saatlarda Moskvadan İstanbula uçduğu bildirilir.

“İnter RAO” dövlət şirkətinin “Bombardier Global Express XLS” (rəhbəri Putinin dostu Yuri Kovalçuk Borisin oğludur) Moskvadan havaya qalxaraq saat 15:00 radələrində Sankt-Peterburqa enib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR