Bu şəxslərin maaşları artdı - Baş Nazirdən QƏRAR

Nazirlər Kabineti "Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”ndə dəyişikliyi təsdiq edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Maliyyə Nazirliyinə tapşırılıb ki, aylıq vəzifə maaşları ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini 2023-cü ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.

Qərar iyunun 1-dən tətbiq edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR