Veysəloğlu Şirkətlər Qrupu 170-dən çox ailəyə bayram sovqatı aparıb

Şirkətlər Qrupu tərəfindən 18 şəhid ailəsi himayə götürülüb, həssas qrupun nümayəndələrinə isə bayramlarda xüsusi yardım paketləri çatdırılır

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Qurban bayramı ərəfəsində də xeyriyyə təşəbbüslərini davam etdirib.

Şirkətlər Qrupu tərəfindən 170-dən çox şəhid ailəsi, Qarabağ qazisi və əlili, həmçinin aztəminatlı ailəyə Qurban bayramı münasibəti ilə bayram sovqatı təqdim edilib.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu 2-ci Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan 13 əməkdaşının ailəsini himayəyə götürüb. Bundan əlavə, 3-ü Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların ailələri olmaqla 4 şəhid ailəsinə də dəstək göstərilir, onlara hər ay təyin edilmiş məbləğdə maddi yardım olunur.

Şirkətlər Qrupu tərəfindən 1-ci Qarabağ müharibəsində iştirak etmiş 27 veteran döyüşçüyə hər ay maddi yardım ayrılır, həmçinin 170-dən çox şəhid ailəsi, Qarabağ qazisi və əlilinə ilboyu bayramlarda xüsusi yardım paketləri çatdırılır.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR