Yay ayında 3 bürcün bəxti gətirəcək - Sevgi, pul və karyera

Yayın qızmar günlərini yaşadığımız bu günlərdə astroloqlar bürclərlə bağlı maraqlı proqnozlar veriblər.

Metbuat.az xəbər verir ki, bu yay Buğa, Xərçən və Dolça bürcü həm sağlamlıq, həm sevgi, pul, həm də, karyera və evlilik baxımından çox şanslı olacaqlar.

Dolça bürcünün iyul ayında maliyyə cəhətdən çətinliyi olmayacaq. Onlar üçün gözlənilməz gəlir, səyahət planı reallaşa biləcək.

İyul ayında Xərçənglər maliyyə təhlükəsizliyini və zənginliyini artıra biləcəklər. Biznes və karyera ilə bağlı məsələlərdə çoxdan gözlənilən yüksəliş və ya yeni iş təklifi ala bilərlər. Digər tərəfdən, iyulun ikinci həftəsində yeni bir sevgiyə yelkən açmaq şansı qarşılarına çıxacaq.

Bolluq və bərəkət planeti olan Yupiter Buğa bürcündə davam edir. Buğa bürcü bu səfərdən mükafatını alacaq bürclər arasındadır. Onlar yay aylarında istədikləri mənzili ala biləcək. Bununla yanaşı, sağlamlıqlarına qarşı daha diqqətli olmaları məsləhət görülür.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR