"Gəncə Təndir"ində partlayış olub, xəsarət alanlar var

Zabratda "Gəncə Təndir"ində partlayış baş verib.

Metbuat.az xəbər verir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü işçi, bir nəfər isə müştəri olub.

Hazırda ərazidə partlayış fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

İlkin məlumata görə, hadisə obyektdəki qaz balonunun partlamasına nəticəsində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR