Çimərlik futbolu üzrə Azərbaycan millisi mübarizəyə başlayır - III Avropa Oyunları

Polşada təşkil olunan III Avropa Oyunları davam edir.

Metbuat.az xəbər verir ki, yarışın səkkizinci günündə çimərlik futbolu üzrə Azərbaycan millisi mübarizəyə qoşulacaq.

Bundan əlavə, ölkə təmsilçiləri oxatma, atıcılıq, badminton, boks və qılıncoynatmada da qüvvəsini sınayacaqlar.

27 iyun

Qılıncoynatma

11:00. Kişilər. Şpaqa (şəxsi) Kənan Əliyev, Barat Quliyev, Ruslan Həsənov

15:00. Qadınlar. Sablya (şəxsi) Anna Başta, Valeri Bolşakova, Səbinə Kərimova, Palina Kaspiaroviç

Atıcılıq

11:00. Qadınlar. Təsnifat mərhələsi, komanda yarışları: Regina Meftəhəddinova, Nurlana Cəfərova, Sevda Nəcəfova (Skit)

15:00. Qarışıq komandalar, təsnifat mərhələsi: Ruslan Lunyov, Nigar Nəsirova (25 metr məsafəyə tapança ilə atəş açma)

Badminton

Qrup mərhələsi II tur

11:30. Qadınlar: Keyşa Fatime Zəhra (şəxsi)

18:00. Qadınlar: Keyşa Fatimə Zəhra - Era Məftuha (qoşa yarış)

11:30. Kişilər: Edi Reski Dviçayo (şəxsi)

18:00. Kişilər: Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni

Oxatma

15:30. 1/32 final mərhələsi: Yaylagül Ramazanova

Boks

Qadınlar

16:15 - 23:00

75 kq. 1/8 final: Aynur Rzayeva - İrina Şoenberger

50 kq. 1/8 final: Anaxanım İsmayılova - Rita de Pinyo Soares (Portuqaliya)

57 kq. 1/16 final: Məhsəti Həmzəyeva - Məhsəti Həmzəyeva-Ağamalıyeva – Tatevik Xaçatryan (Ermənistan)

Kişilər

17:00. 57 kq, 1/8 final: Sərxan Əliyev – Eskerxan Madiyev (Gürcüstan)

17:45. +92 kq, 1/8 final: Məhəmməd Abdullayev – Nikoloz Beqadze (Gürcüstan)

Çimərlik futbolu

A qrupu, I tur

22:30. Azərbaycan - Polşa

Qeyd edək ki, Azərbaycan idmançıları indiyədək 8 medal (2 qızıl, 1 gümü, 5 bürünc) əldə ediblər. Komanda sıralamada 22-ci pillədə qərarlaşıb. III Avropa Oyunları iyulun 2-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR