Bayden "Vaqner"in üsyanından danışdı

“Rusiyadakı işin içində olmadığımızı açıq şəkildə bildirdik. Bununla heç bir əlaqəmiz yoxdur. Bu, Rusiya sisteminin daxilində mübarizədir”.

Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden “Vaqner”in üsyanı ilə bağlı danışarkən belə deyib. O bildirib ki, Prezident Vladimir Putinin bu hadisələrdə Qərbi və NATO-nu ittiham etmək üçün əsası yoxdur. Bayden qeyd edib ki, o, Rusiyadakı “Vaqner” qrupunun üsyanı ilə bağlı milli təhlükəsizlik qurumlarına hadisələri yaxından izləməyi tapşırıb və üsyanla bağlı hər saat ona məlumat təqdim edilib.

Baydenin sözlərinə görə, milli təhlükəsizlik qurumlarına müxtəlif ssenarilərə hazırlaşmaq barədə göstəriş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR