Ərəblər dayanmır - Təklif ağlını aldı

Səudiyyə Ərəbistanının "Əl Əhli" komandası bu mövsüm "Mançester Siti" ilə 3 kubok qazanan Riyad Mahrezə təklif ünvanlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat verib. Bildirilir ki, "Əl Əhli" Mahrezə illik təqribən 50 milyon funt sterlinq dəyərində müqavilə təklif edib. Müqavilənin müddəti 2+1 formatındadır.

Qeyd edək ki, Riyad Mahrezin "Mançester Siti" ilə müqaviləsi 2025-ci ildə bitir. Mahrez transfer barədə yekun qərarını verməyib və təklifi rədd etməyib. İlkay Gündoğanın klubdan ayrılmasından sonra "Mançester Siti"nin Mahrezin Səudiyyə Ərəbistanına transferinə razılıq verməyəcəyi iddia edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR