​ “Vaqner” hərbi texnikaları təhvil verir

“Vaqner” qrupu əlindəki hərbi texnikanı Rusiyanın Müdafiə Nazirliyinə təhvil verməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, Federal Təhlükəsizlik İdarəsi də “Vaqner” qrupuna qarşı silahlı üsyana görə açdığı cinayət işini dayandırıb.

Qeyd edək ki, “Vaqner” döyüşçüləri Moskvaya doğru irəliləyərək, Ukraynadakı müharibəni düzgün idarə etmədiyi iddiası ilə Rusiya hərbi rəhbərliyinin istefaya göndərilməsini tələb etmişdi. Hökumətlə razılaşmadan sonra “Vaqner” silahlıları geri çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR