Rəsmi qiymət açıqlaması

Rəsmi qiymət açıqlaması
13:46 25 Dekabr 2014
85 Digər
Ölkə mətbuatı
A- A+

“Neftin qiymətinin dünya bazarında enib-qalxması ARDNŞ-ə ciddi təsir etmir”.

ANS PRESS-in məlumatına görə, bunu ARDNŞ-nin vitse-prezidenti Süleyman Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, şirkət istehsalatın əksəriyyətini daxili bazara yönəldib: “Neftin 1 barrel üçün nəzərdə tutulan 90 dollarlıq qiymətinin 60 dollara qədər düşməsi, şirkətin gəlirlərində təxminən 400 milyon manata qədər fərq yarada bilər. Bu böyük bir fərq olsa da, qorxulu göstərici deyil. “Azəri-Çıraq-Günəşli”dən əldə olunan gəlirlər azala bilər. Ancaq xərclərimizi azaltmağa çalışırıq və bu bizə neftin qiymətinin aşağı düşməsi zamanı ola biləcək maddi itkilərdən sığortalayır”.

Dövlət Neft Şirkətinin rəsmisi əlavə edib ki, ARDNŞ böyük layihələr həyata keçirir və neftin qiymətindəki gəlirlər bu layihələrə təsir etməyəcək:

“Həmin layihələr Dövlət Neft Fondunun mövcud ehtiyatları əsasında, müvafiq illərə bölünərək maliyyələşdirilir. Buna görə də, böyük layihələrin dayandırılması nəzərdə tutulmur”, - deyə ARDNŞ rəsmisi bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=316227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR