Ukrayna ordusu iki cəbhədə irəlilədi

Ukrayna qoşunları cənub cəbhəsində Berdyansk istiqamətində 1300 metr, şərqdə isə Baxmut istiqamətində 1500 metrə qədər irəliləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar açıqlama verib. O bildirib ki, Ukrayna ordusunun Melitopol, Berdyansk və Baxmut istiqamətlərində hücum əməliyyatları davam edir. Anna Malyarın açıqlamasına görə, ruslar Port, Avdiyivka və Marinka istiqamətində hücuma keçsələr də, irəliləyə bilməyiblər.

Ukrayna ordusunun cənub cəbhəsində Rivnopil-Volodine istiqamətində müvəffəqiyyət qazandığına diqqət çəkən Malyar bildirib ki, hazırda ordu ələ keçirdiyi mövqeləri möhkəmləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR