Çində kimya zavodunda güclü partlayış - VİDEO

Çinin şərqindəki Szyansi əyalətindəki kimya zavodlarından birində güclü partlayış baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.

Məlumata görə, insident Pekin vaxtı ilə günorta saatlarında Quysi şəhərində yerləşən müəssisədə baş verib.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb ediliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən partlayışın səbəbləri, hadisə yerində ölən və yaralananların olub-olmadığı araşdırılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR