Bulvarda kaktuslara yenidən zərər vurulub - VİDEO

Dənizkənarı Bulvarda olan dekorativ bitkilərə yenidən ziyan vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, iyulun 1-də Bakı Bulvarında çəkildiyi qeyd edilən videogörüntüdə bir qadının kaktusun üzərinə yazı yazmağa çalışdığı görünür. Digər xanım ona irad bildirib və bunu sosial şəbəkədə paylaşacağını desə də, qadın və yanındakı kişi ona fikir verməyiblər.

Xatırladaq ki, bundan öncə də bulvarda kaktusların kəsilməsi, yandırılması ilə bağlı görüntülər yayılmışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR