Mbappenin "Real"dan inanılmaz tələbi

“Real Madrid”ə transfer olmaq istədiyi irəli sürülən PSJ-nin hücumçusu Kilian Mbappenin İsapniya təmsilçisindən tələbi məlum olub.

Metbuat.az xəbər verir ki, tərəflər hələlik məvaciblə bağlı razılığa gələ bilməyib. “Marca” qəzetinin məlumatına görə, Mbappe onu almaq istəyən komandalardan, xüsusən də “Real Madrid”dən ildə 240 milyon avro dəyərində fantastik məvacib tələb edir. Mbappenin bu tələbi “Real” tərəfindən hələlik qəbul edilməyib.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi gələn mövsüm başa çatır. PSJ onun azad agent kimi klubdan ayrılmasını istəmədiyi üçün bu mövsüm satışına icazə verə bilər. Mediada “Real Madrid”in PSJ-yə 250 milyon avro dəyərində təklif verdiyi irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR