Opera və Balet Teatrı müsabiqə elan edib - FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrin genişləndirilməsi məqsədilə müsabiqə elan edib.

Metbuat.az xəbər verir ki, teatrdan verilən məlumata görə, müsabiqə iyulun 5-dən 9-dək keçiriləcək.

Müsabiqədə birinci və ikinci skripkalar iyulun – 5-6-da, alt, violonçel və kontrabaslar iyulun 7-də, taxta nəfəs alətləri iyulun 8-də, mis nəfəs alətləri, zərb alətləri, arfa və fortepiano iyulun 9-a iştirak edəcəklər.

Qeyd edək ki, sənədlər iyulun 1-dən yalnız qaydada azstateoperabaku@gmail.com qəbul edilir. Müsabiqə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.elektron


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR