Saakaşvilinin son görüntüsü təəccübləndirdi - FOTO

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə aldığı xəstəxanadan yeni görüntüsü yayılıb.

Metbuat.az xəbər verir ki, fotoda sabiq prezidentin həddən artıq çəki itirdiyi görülür.

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.

M. Saakaşvili ötən il fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı. Onun yanvarın 24-ü koronavirusa yoluxduğu məlum olub. Hazırda onun müalicəsi davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı