Bulvarda polis qadını etdiyi bu hərəkətinə görə axtarır - VİDEO

Dənizkənarı Bulvar ərazisində insanlar tərəfindən dekorativ ağaclara, o cümlədən kaktuslara zərər vurulması ilə bağlı daha bir görüntü yayılıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 1-də Bakı Bulvarında çəkildiyi qeyd edilən videogörüntüdə bir qadının kaktusun üzərinə yazı yazmağa çalışdığı görünür.

Digər xanım ona irad bildirsə də, o, və yanındakı kişi buna məhəl qoymayıb.

Hazırda təbiətə zərər vuran həmin qadının polis tərəfindən axtarıldığı bildirilir.

Qeyd edək ki, ötən ay da sosial şəbəkələrdə Bakı bulvarında bir gəncin park ərazisindəki kaktusun yarpaqlarını yandırmasını əks etdirən görüntülər yayılmışdı. Əməli törədən şəxs – 2003-cü il təvəllüdlü Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılmış, onun barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR