Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Metbuat.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev polis əməkdaşları tərəfindən həmin qadının müəyyən olunaraq saxlanıldığını bildirib.
O, izahatında törətdiyi əməli etiraf edib.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.