Stiven Cerrard qayıtdı

"Liverpul"un sabiq futbolçusu Stiven Cerrard Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunun baş məşqçisi təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Bildirilib ki, 42 yaşlı məşqçi ilə müqavilə imzalanıb. Lakin müqavilənin detalları barədə açıqlama verilməyib.

Qeyd edək ki, Stiven Cerrard məşqçilik fəaliyyətinə 2017-ci ildə "Liverpul"un gənclər komandasında başlayıb. 2019-cu ildə Şotlandiyanın "Reyncers" klubunun baş məşqçisi olan Cerrard, burada uğurlara imza atıb. Lakin ardınca "Aston Villa"ya rəhbərlik edən Cerrardın İngiltərədə fəaliyyəti uğurlu alınmayıb. O, ötən mövsüm istefaya göndərilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR