Bu şəxslərin maaş artımı yeni üsulla hesablana bilər - TƏKLİF

Deputat Vüqar Bayramov sertifikasiya imtahanından sonra müəllimlərin maaşlarının hesablanması ilə bağlı yeni formul təqdim edib.

Metbuat.az-ın məlumatına görə, deputat qeyd edib ki, sertifikasiya imtahanlarının nəticələrinə uyğun əməkhaqqı artımları üzrə faizlərin tam differensial öçlülməsi vacibdir:

"Bu gün millət vəkili kimi elm və təhsil naziri hörmətli Emin Əmrullayevə sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş müəllimlərimizin əməyinin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsi üçün rəsmi sorğu göndərdim. Təhsil sahəsində aparılan islahatlara uyğun olaraq nazirlik tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, son günlər bizə olan yüzlərlə müraciətlər göstərir ki, sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əmək haqqı artımları üzrə faizlərin tam differensial öçlülməsi vacibdir. Mövcud qaydalar ilə sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir. Digər tərəfdən, sualların hammısını cavablandıran ilə 51 doğrusu olanın da əmək haqqı artımı eynidir. 51 suala düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısında 10 faiz artım hesablanır".

Deputat bütün bunları nəzərə alaraq, əməkhaqqı artımları üçün aşağıdakı formulanı təklif edib:

"Əmək haqqı artımı: 30-35 bal arası nəticəsi olan müəllimlərimiz üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 55-60 arası nəticəsi olanlar üçün 40 faiz. Bu əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər. Elm və Təhsil Nazirliyi ilə hər zaman konstruktiv dialoqumuzun olduğu və təkliflərimizə diqqətlə yanaşdıqları üçün inanırıq ki, sertifikasiya sisteminin təkimilləşdirilməsi istiqamətində də əməkdaşlığımız mümkün olaca".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı