"Daha Anar olmayacaq dedi, 2 saat sonra..." - Anası son anlarından DANIŞDI

"Kaş mən öləydim, çox pis oluram. Heç vaxt yadımdan çıxmaz. Anar ölməzdən bir gün əvvəl gəlib boynuma sarıldı, o qədər öpdü ki... Bəlkə də hiss etmişdi ki, rəhmətə gedəcək".

Metbuat.az xəbər verir ki, bu sözləri "O üz" proqramına qonaq olan repçi Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva deyib. O, oğlunun qəfil vəfatı ilə bütün həyatının alt-üst olduğunu bildirib:

"Dedi ki, ana, bu gündən Anar olmayacaq. Üstündən 2 saat keçmədi gördüm Anar yıxılıb. Qışqırdım ki, Anar yıxıldı. Məni qoymadılar onu görüm. Eyvanda yıxılıb, bədəninin yarısı aşağı sallanıb, yarısı içəridə, ağzından qan gəlirdi. Apardılar, elə bilirəm ki, xəstəxanaya aparırlar. Sən demə, məscidə aparırlarmış".

Xatırladaq ki, Anar Nağılbaz 2018-ci il avqustun 4-də 42 yaşında dünyasını dəyişib. Mətbuatda repçinin ölüm səbəbi spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma kimi qeyd olunur. Masazır qəbiristanlığında torpağa tapşırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR