Bu rayona leysan yağır - Sel gözlənilir

Hazırda Quba rayonunda leysan xarakterli yağış yağır.

Metbuat.az xəbər verir ki, bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, iyulun 4-də Quba rayonu ərazisində yağış buludları müşahidə olunur:

“Axşam saatlarında da yağıntının intensiv və güclü olacağı ehtimalı var. Gözlənilən leysan xarakterli yağışlarla bağlı çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısa müddətli daşqın olacağı və sel keçəcəyi gözlənilir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR