Sabiq deputatın saxlanılma səbəbi bəlli oldu - RƏSMİ

Keçmiş deputat Nazim Bəydəmirlinin saxlanılma səbəbi açıqlanıb.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

"Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edib və ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə, şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir"- deyə bölmə rəisi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR