İranın XİN rəhbəri Bakıya gəlib

İranın xarici işlər naziri Azərbaycana gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə nazir Hüseyn Əmir-Abdullahian “Twitter”də paylaşım edib.

“Mən Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Azərbaycana səfər etdim. Üzv ölkələrin müxtəlifliyinə görə, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirmək üçün xüsusi imkanlara malikdir. Həmçinin, bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”, - deyə nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR