Türk ulduz Madrid klubuna transfer oldu - RƏSMİ

"Lester Siti" ilə müqaviləsi başa çatan Çağlar Söyüncü "Atletiko Madrid"lə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, futbolçu müqavilə imzalamaq üçün Madridə gedib. Çağlar Avropanın ən önəmli komandalarından birinin formasını geyindiyi üçün xoşbəxt olduğunu və “Atletiko Madrid”in hədəflərinə çatması üçün əlindən gələni edəcəyini bildirib:

"Burada olmaqdan çox həyəcanlıyam. Böyük komandada oynadığım üçün şanslıyam. “Atletiko Madrid”də və La Liqada oynamaq çətindir. Lakin çətinliklərlə mübarizə apara bilirəm”.

Məlumata görə, Çağlar Söyüncü "Atletiko Madrid"lə 4 illik müqavilə barədə razılığa gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı