İlin tələbəsi o seçildi - FOTO

Azərbaycan Universitetləri üzrə 2023-cü ilin tələbəsi seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.

Belə ki, ilin tələbəsi adına Səbinə Feyzullayeva layiq görülüb. O, 6 il əvvəl Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla Azərbaycan Tibb Universitetini seçən tələbə, həm də Prezident təqaüdü alıb. Bu il isə 98,21 balla ATU-dan məzun olub.

Səbinənin iş və təhsil karyerasını Almaniyada davam etdirəcəyi bildirilir.

Bir 1 nəfər şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR