Dünya ən isti günə şahidlik etdi

İyulun 4-ü qlobal orta temperatur 17,18 dərəcə olub.

Metbuat.az xəbər verir ki, bu isə temperaturun qeydə alındığı vaxtdan bəri tarixdə ən isti gün olub. Bu barədə ABŞ-ın meteoroloji xidməti “NCEP” məlumat verib. Bildirilir ki, iyulun 3-də qlobal orta temperatur 17,01 dərəcə olub. Bu da rekord hesab edilirdi. Lakin bir gün sonra bu rekord yenilənib. Məlumata görə, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyinin təsirləri qlobal istiləşməyə səbəb olub.

Elm adamları qlobal orta temperaturun artacağını qeyd edib. Dünya Meteorologiya Təşkilatı da El Nino qlobal okean atmosfer hadisəsinin başladığını elan edib. Bu isə temperatur artımlarını sürətləndirə bilər.Q eyd edək ki, bundan əvvəlki rekord 2016-cı ilin avqustunda 16,9 dərəcə selsi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR