"Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümünün püşkü atılıb.

Metbuat.az xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən başlayacaq son çempion “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib.

Komandamız A qrupda yer alacaq. Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.

lkin mərhələ (22-27 avqust)

A qrup

Araz-Naxçıvan (Azərbaycan)

Riqa (Latviya)

Jahn Regensburq (Almaniya)

İstanbul Şişli (Türkiyə)

B qrup

Örebro (İsveç)

Diamant Linz (Avstriya)

Amiqo Northvest (Bolqarıstan)

ASA Tel Aviv Ouls (İsrail)

C qrup

Eindhoven (Niderland)

Titoqrad (Monteneqro)

Georgians (Gürcüstan)

Avropa (Cəbəllütarıq)

D qrup

Lubaua (Polşa)

Pristina (Kosovo)

Utleira İdrettslaq (Norveç)

İsbjorninn (İslandiya)

E qrup

Luçeneç (Slovakiya)

Kosmos Tallin (Estoniya)

Enkamp (Andorra)

PYF Saltires (Şotlandiya)

F qrup

Doukas (Yunanıstan)

Blue Magic FC Dublin (İrlandiya)

Nisturu Kişinyov (Moldova)

Blumsbury Futsal (İngiltərə)

G qrup

Futsal Minerva (İsveçrə)

Yerevan Futsal (Ermənistan)

AEL Limassol (Kipr)

Folqore (San-Marino)

H qrup

Radnik Bijeljina (Bosniya və Herseqovina)

Tirana (Albaniya)

Cefn Druids (Uels)

Sparta Belfast (Şimali İrlandiya)

Əsas mərhələnin də püşkü atılıb. “Araz-Naxçıvan” oktyabrın 24-dən 29-dək keçiriləcək bu mərhələyə qrup qalibi kimi vəsiqə qazanacağı təqdirdə 6-cı qrupda yer alacaq. Rəqibləri Plzen (Çexiya), Futsal Gentofte (Danimarka) və ilkin mərhələnin H qrupunun Radnik Bijeljina (Bosniya və Herseqovina), Tirana (Albaniya), Cefn Druids (Uels) və Sparta Belfast (Şimali İrlandiya) qalibi ilə üz-üzə gələcək. Əgər təmsilçimiz ən yaxşı “ikinci” kimi mübarizəni davam etdirsə, o zaman 5-ci qrupda Futsal Dinamo (Xorvatiya), eləcə də ilkin mərhələnin B (Örebro (İsveç), Diamant Linz (Avstriya), Amiqo Northvest (Bolqarıstan) və ASA Tel Aviv Ouls (İsrail) və C (Eindhoven (Niderland), Titoqrad (Monteneqro), Georgians (Gürcüstan) və Avropa (Cəbəllütarıq) qruplarının qalibləri ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR