FHN əhaliyə müraciət etdi - Çimərlikdə bunlar QADAĞANDIR

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Metbuat.az xəbər verir ki, çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.

Belə ki, qadağandır:

• nəzərdə tutulmamış ərazilərdə çimmək;

• çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

• küləkli havada dənizə girmək;

• çimərlikdə gecələmək,

• sərxoş halda çimərlikdə olmaq;

• suda kobud hərəkətlər etmək;

• çimərlikdə balıq tutmaq;

• xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

• Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

• Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR