Erməni hakimdən Türkiyə himninə HÖRMƏTSİZLİK - VİDEO

Moldovanın paytaxtı Kişineuda keçirilən ağır atletika üzrə 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyində erməni hakim Nazik Avdalyan Türkiyə himninə qarşı hörmətsizlik edib.

Metbuat.az xəbər verir ki, bu barədə yerli KİV-də görüntülər yayılıb. Mükafatlandırma mərasimi zamanı Türkiyə himni səslənərkən zalda hər kəs hörmət əlaməti olaraq ayaq üstə hərəkətsiz dayansa da, erməni qadın hakim himnə məhəl qoymayıb. O, hərəkət edib, telefonla məşğul olub.

Türkiyə himninə qarşı hörmətsiz davranışına görə Avdalyan cəzalandırılıb. O, ehtiyat hakimliyə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR