Azərbaycanla Türkiyə arasında daha bir sənəd təsdiq edildi

Azərbaycanla Türkiyə arasında daha bir sənəd təsdiq edilib.

Metbuat.az xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR