Hava Limanında biabırçılıq: "Uçmayacağam, təyyarədən enib evinizə gedin" - VİDEO

Dünən Naxçıvandan Bakıya təyyarə reysi təxirə salınıb və onlarla insan hava limanında gecələmili olub.

Metbuat.az xəbər verir ki, bu barədə türk jurnalist Cabbar Şıktaş fesybuk hesabında məlumat verib.

O qeyd edib ki, 23:45-də Naxçıvan Hava Limanında uçuşun təxirə salındığını bildirib: "Belə rəzalət heç vaxt görməmişdim. Bakıya getmək üçün saat 23:45-də Naxçıvan Hava Limanında təyyarəyə mindim və həmin vaxt uçmalı idik. Təyyarə boş yer olduğundan bir saata yaxın gözləməli olduq. Yəni bu saat ərzində sərnişinlərin gəlişini izlədik. Biz türk sərnişin olduğumuz üçün etiraz etmədik, lakin Naxçıvandan Bakıya uçan sərnişinlər bu vəziyyətə etiraz etdilər. Sərnişinlərin etirazını görən pilot anons verərək "Uçmayacağam, təyyarədən enib evinizə gedin” dediyi üçün saatlarla təyyarədə gözləməli olduq".

O bildirib ki, vətəndaşların saatlarla gözləmələrinə baxmayaraq hər hansı bir səlahiyyətli şəxs heç bir açıqlama verməyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR