"Threads" və "Twitter"in fərqi nədir? - DETALLAR

Xəbər verdiyimiz kimi, Mark Zukerberq yeni sosial şəbəkə yaradıb.

Metbuat.az xəbər verir ki, "Threads" adlandırılan sosial şəbəkə platformasına artıq milyonlarla izləyici qatılıb. Dünyada olduğu kimi Azərbaycanda da istifadəçilər bu sosial şəbəkəyə maraq göstərib.

Bu platformanı "Twitter"dən fərqləndirən bir sıra özəllikləri var. Belə ki, "Twitter"də 280 işarədən ibarət mətn, 2 dəqiqə 20 saniyə müddətində video paylaşmaq olursa, "Threads"də 500 işarədən ibarət mətn, 5 dəqiqəyə qədər videolar yerləşdirmək olur.

"Threads"də yeganə çatışmazlıq mətnlərin redaktəsi ilə bağlıdır. Bu funksiya isə "Twitter"də yaxın günlərdə akitv edilib.

Digər qalan funksiyalar isə "Twitter" sosial şəbəkəsi ilə eynidir.

Qeyd edək ki, "Twitter" İlon Maska, "Threads" isə META-nın rəhbəri Mark Zukerberqə məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR