Maqomayev üçün ərindən boşandı, toylarını Heydər Əliyev etdi - Sinyavskaya ilə bağlı maraqlı faktlar

Bu gün məşhur opera müğənnisi Tamara Sinyavskayanın 80 illik yubileyidir.

Metbuat.az Tamara Sinyavskayanın həyatı ilə bağlı maraqlı məqamları təqdim edir:

Məşhur opera müğənnisi Tamara Sinyavskaya 1943-cü il iyulun 6-da Moskvada anadan olub. Onun atasının kim olduğu məlum deyil, Tamara onu heç görməyib. Onu anası Mariya Sinyavskaya böyüdüb.

10 yaşında Tamara xorda oxumağa başlayır, 20 yaşında isə o, konservatoriya təhsili olmadan Böyük Teatrının səhnəsində karyerasına başlayır. Onun karyerası yüksəlməyə başladıqda tezliklə gənc qız müğənni truppanın əsas heyətinə daxil olur və əsas partiyaları ifa etməyə başlayır.

Beş ildən sonra isə dünyanın ən yaxşı opera teatrları onu dəvət etməyə başlayır. 1970-ci ilə qədər 27 yaşlı müğənni Rusiya Dövlət Teatr Sənəti İnstitutunu bitirir və P.İ.Çaykovski adına məşhur müsabiqəsinin qalibi olur.

Sinyavskayanın ilk əri Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Musiqili Teatrının balet truppasının tərkibində çıxış edən Sergey Berejnoy olub. Lakin bu evlilik uzun sürmür.


1972-ci ildə isə o, Müslüm Maqomayevlə tanış olur. Onlar bir-birilərinə vurulurlar. Bu hadisə Bakıda Rusiya incəsənətinin festivalının keçirildiyi yerdə baş verir. 1974-cü ildə Tamara Sinyavskaya ərindən boşanır və Müslüm Maqomayev ilə ailə qurur. Bu toyu Heydər Əliyev edir. Tamara xanım sonralar bu haqda belə danışırdı:

“Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi. Azərbaycanlılar üçün bu, onların fəxrli oğullarının toyu idi. Əlbəttə, hamı mənə sınayıcı nəzərlərlə baxırdı. Mən də özümü ədəbli aparırdım, buna görə də tənbeh olunmadım və əvəzində “gəlin” adına layiq görüldüm. Müslüm mənə deyirdi: “Tamara, sən bütün Azərbaycanın gəlinisən”.

Cütlük 35 il birlikdə yaşayı, lakin bu evlilikdə cütlüyün övladı olmur.

Muslim Magomayev's birthday | Sputnik Mediabank

Sinyavskaya 60 yaşında sənət karyerasını bitirmək və səhnəni tərk etmək qərarına gəlir. O bunu ağır xəstə olan həyat yoldaşı üçün edib. Belə ki, o, Maqomayeva baxmalı olduğu üçün səhnəni tərk edib. Lakin Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 67 yaşında Moskvada həyat yoldaşı Tamara Sinyavskayanın yanında işemik ürək xəstəliyindən vəfat edib.

Hazırda isə Sinyavskaya Rusiya Dövlət Teatr Sənəti İnstitutunda vokal sənəti kafedrasına və Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fonduna rəhbərlik edir.

Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Tamara Sinyavskaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR