Dənyar Teymurlu yüksək vəzifəyə TƏYİN EDİLDİ

Dənyar Teymurlu yüksək vəzifəyə təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Məlumata görə, Dənyar Alimşah oğlu Teymurlu Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Nazir Fərid Qayıbov bununla bağlı əmr imzalayıb.

D.Teymurlu buna qədər Gənclər və İdman Nazirliyində boks, kikboksinq və taekvondo üzrə kurator vəzifəsində çalışıb.

Xatırladaq ki, İdarənin keçmiş rəisi Raqif Abbasov iyunda işindən ayrılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR