AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən təyinat alıb.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Maltada "Baltsan" və Sloveniyanın “Domjale” komandaları arasında keçiriləcək Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 18-də baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR