Arda imzaladı, Peres danışdı, anası ağladı - FOTOLAR

Türkiyəli futbolçu Arda Gülər “Real Madrid”lə rəsmi olaraq 6 illik müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, “Real”ın prezidenti Florentino Perezin qatıldığı imza mərasimində gənc ulduz 24 nömrəli forması ilə təqdim edilib.

Gülər açıqlamasında "Bu gün həyatımın ən özəl günüdür. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. “Real Madrid”in əfsanəsi olmaq istəyirəm. Burada olmaq böyük şərəfdir" deyə bildirib.

Perez mətbuat konfransında deyib: "Bu mühüm gündə bizimlə birlikdə olduğun üçün təşəkkür edirik. Dünyada milyonlarla azarkeşi olan "Real Madrid"in heyətini gücləndirmək üçün yeni oyunçuya "Salam" deyirik. Arda Güləri Real Madridin yeni oyunçusu olaraq görməkdən çox şadıq. Arda Gülər xoş gəlmisiniz. Hörmətli Arda, istedadınız və səyiniz sizi bura gətirdi. Bu formanı seçdiyiniz üçün təşəkkür edirəm. Hələ 18 yaşınız olmasına baxmayaraq, böyük uğurlar qazandınız”.

Qeyd edək ki, imzalama mərasimində Arda Gülerin anası da iştirak edib. O sevincdən ağlayıb.

Son Dakika: Arda Güler, resmen Real Madrid'de! İşte tarihi imza töreninden görüntüler

Son Dakika: Arda Güler, Real Madrid'e resmen imza attı

Son Dakika: Arda Güler, resmen Real Madrid'de! İşte tarihi imza töreninden görüntüler

Son Dakika: Arda Güler, resmen Real Madrid'de! İşte tarihi imza töreninden görüntüler

Son Dakika: Arda Güler, resmen Real Madrid'de! İşte tarihi imza töreninden görüntüler


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR