Arda Gülərin gündəm olan görüntüləri - FOTO

Arda Gülərin “Real Madrid”lə müqavilə imzalamaq üçün Türkiyədən ayrılarkən lentə alınan görüntüləri gündəm olub.

Metbuat.az xəbər verir ki, Arda İstanbuldakı hava limanına gələrkən özəl təyyarəyə minməzdən əvvəl təhlükəsizlik tədbirləri görülüb. Arda hava limanına gedərkən polislər onun qoluna giriblər.

Polis nəzarətində hava limanına gedən Ardanın yanında “Fənərbaxça”nın nümayəndəsinin olmaması diqqət çəkib.

“Fənərbaxça”nın Ardaya bu münasibət tənqid edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR