Rusiya yeni kamikadze PUA-ları hazırlayır

Rusiya Ukraynada döyüş və kəşfiyyat missiyaları üçün “Privet-82” kamikadze tipli Pilotsuz Uçuş Aparatını (PUA) yerləşdirməyə başlayıb.

Metbuat.az TASS-a istinadən məlumat verir ki,“Privet-82” PUA-sı bir neçə ay əvvəl uçuş sınaqlarını başa çatdırıb. İlk partiyası iyunda çatdırılması planlaşdırılan PUA-lar.

30 kilometr mənzilə və 5 kiloqram faydalı yük daşıma xüsusiyyətinə malikdir.

İstehsalçının adı açıqlanmasa da, məlumatlara görəyeni PUA-ların 220-250 qramlıq döyüş başlığı daşıdığını və RPG-7 qumbaraatanına bənzər dağıdıcı effektə malikdir.

Qeyd olunur ki, sistemin ilk uçuş sınaqları 2024-cü ilin birinci rübündə aparılacaq və bundan sonra sürətlə istehsal mərhələsinə keçəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR