"Tezliklə hərbi əməliyyatlar başlaya bilər" - Politoloq

"Ermənistanla şərti sərhəddə növbəti dəfə hərbi əməliyyatlar riski var".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun açıqlamasına görə, tərəflər arasında Şarl Mişelin Şarl Mişelin vasitəçiliyi ilə növbəti danışıqlar raundu zamanı Nikol Paşinyan şərt irəli sürə bilər.

"Ermənistan Azərbaycan ordusunun "Ermənistan ərazisindən" çıxarılmasını və Qarabağda yaşayan ermənilərin "beynəlxalq vasitəçilərin" iştirakı ilə danışıqlar aparılmasını şərt kimi irəli sürür. Ermənistan bu kimi tələblərdən geri çəkilməsə, şərti sərhəddə yenidən hərbi eskalasiyanın baş verməsi mümkündür. Ona görə də Brüsseldə keçiriləcək görüş həlledici bir mərhələnin başlanğıcı ola bilər".

Fransa və Hindistanın Ermənistana silah ixrac etdiyini qeyd edən politoloq hesab edir ki, kiçik partiyalarla daxil olan silahlara Ermənistan arxayın olub hərbi təxribatlara əl atarsa, yeni ərazilər Azərbaycanın nəzarətinə keçəcək.

"ABŞ və Avropa İttifaqı maksimum çalışır ki, hərbi qarşıdurma baş verməsin və sülh müqaviləsi imzalansın. Amma, Ermənistan rəhbərliyinə təsirli təzyiq etmək fikrində deyillər. Görünür, Azərbaycan Ermənistanı növbəti dəfə cəzalandıracaq",- deyə M.Əsədullazadə fikrini yekunlaşdırıb.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR