"Fənərbağça" Ardanın yerinə 10 milyonluq ulduzu alır

"Fənərbağça" "Real Madrid"ə 20 milyon avroya satdığı Arda Gülərin yerini doldurmaq üçün transfer axtarışlarını davam etdirir.

Metbuat.az türk mediasına istinadən bildirir ki, İstanbul təmsilçisi Moskva "Dinamo"sundan Sebastian Şimanskinin keçidində maraqlıdır. Artıq 24 yaşlı yarımmüdafiəçi üçün Rusiya klubuna 10 milyon avroluq təklif göndərilib.

"Match TV"nin xəbərinə görə, tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, Şimanski ötən mövsümü "Feyenord"da keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR