Bayden Si Cinpinə xəbərdarlıq etdi: “Putindən ehtiyatlı ol”

ABŞ prezidenti Cozef Bayden Moskvaya səfərindən sonra Çin lideri Si Cinpinə “ehtiyatlı olmağı” tövsiyə edib.

Metbuat.az xəbər verir ki, "Reuters"in bu barədə yayımladığı açıqlamada bildirilir ki, Ağ Ev rəhbəri Çin liderinə bu məsləhəti müşahidələri əsasında edib. Bayden deyib ki, o Çini təhdid deyil, xəbərdar etmək istəyib.

ABŞ liderinin daha bir açıqlaması Ukrayna ilə bağlı olub. Baydenin sözlərinə görə, Ukraynada münaqişə başlayandan bəri 600 Amerika korporasiyası Rusiyanı tərk edib. Amma bu gün Çin iqtisadiyyatı Rusiyadan daha çox Qərbdən asılıdır.

Qeyd edək ki, Si Cinpin martın 20-dən 22-dək Rusiyaya səfər edib. Bu, onun üçüncü müddətə Çin Xalq Respublikasının sədri seçildikdən sonra ilk xaricə səfəri sayılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı