"10 balı toplaya bilməyənlər haqqında məlumatlar təqdim edilsin" - Deputat

"Sertifikasiya imtahanlarında iştirak edən 13 min 300 müəllimin və ya sinağa qatılanların 35 faizinin 30 balı toplaya bilməməsi yalnız orta deyil, eləcə də ali məktəblərində təhsilin keyfiyyətinin artırılması baxımdan bir siqnaldır".

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. Deputat hesab edir ki, Elm və Təhsil Nazirliyi 10 balı toplaya bilməyənlərin neçənci illərdə və hansı universitetlərin məzunları olmaları ilə bağlı məlumatları ictimaiyyətə təqdim etməlidir.

"İmtahanlarda iştirak edənlərin 35 faizi 50 faizdən az nəticə göstərib. Eyni zamanda, 223 müəllimin balı bir rəqəmli olub, yəni onlar hətta 10 bal belə toplaya bilməyiblər.

Təklifimiz, ail məktəblərdə pedoqoji fənnlərin tədrisinin keyfiyyətinin qiymətləndirilməsinə əsas verə bilər. Yəni, əgər həmin müəllimlər ali məktəbləri yeni bitiriblərsə o zaman ali təhslinin keyfiyyətinin də monitorinq edilməsinə ciddi ehtiyac yarana bilər. Qeyd edək ki, Milli Məclisdə qəbul edilən dəyişikliklərə əsasən sertifikasiyada iştirak müddəti pedoqoji fəaliyyətə başladıqdan ilk 5 ildən 3 ilə endirilir və bu da yeni universitet məzunlarının aldıqları təhsilinin keyfiyyətini qiymətləndirməyə də imkan verə bilər".

Vüqar Bayramov qeyd edib ki, bütövlükdə, sertifikasiya imtahanları yalnız orta deyil, eləcə də ali təhsildə islahatların dərinləşdirilməsi mesajlarını aydın şəkildə gündəmə gətirdi:

"Deməli, çağrışlar heç də orta təhsil sferası ilə tamamlanmır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR