3000 manatlıq təqaüdü bu şəxslər alacaq - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 100 tələbəyə 3 min manat birdəfəlik təqaüd veriləcək.

Təqaüd Azərbaycandakı ali təhsil müəssisələrində əyani formada təhsil alan, yüksək nailiyyətləri olan tələbələr üçün nəzərdə tutulub.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki Elm və Təhsil Nazirliyinin əməkdaşı Samir Həmidov qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev adına təqaüd" təsis edilib.

100 nəfər tələbə üçün təsis edilmiş "Heydər Əliyev adına təqaüd"ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək.

Samir Həmidov qeyd edib ki, tələbənin qiymətləri yüksək olmalıdır. Bundan əlavə təhsil aldıqları tədris ocaında yüksək fəallıq nümayiş etdirmələri də əsas meyyarlardan biridir. Müvafiq qaydalar hazır olduqdan sonra təqaüdün verilməsinə başlanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR