Gənc gimnastlarımız dünya çempionatında medal qazanıblar

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüb.

Metbuat.az xəbər verir ki, bu uğur Azərbaycan gimnastika tarixində gənclər arasında keçirilən dünya çempionatında qazanılan ilk nailiyyətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR