"Vaqner" qiyamı zamanı Rusiya mediası bunları edib - Kəşfiyyat

Britaniya kəşfiyyatı Vaqner qiyamı zamanı Rusiya mediasının iş prinsipinə diqqət çəkib.

Metbuat.az "UNİAN"a istinadən xəbər verir ki, kəşfiyyatın araşdırmasına görə, üsyan zamanı Rusiya dövlət mediası 3 mərhələdən keçib.

İlkin mərhələdə media üsyan qarşısında şok və təəccüb vəziyyətində olub. Tək edə bildikləri şey isə, özəl bir şey baş vermirmiş kimi davranaraq, gündəlik proqramları davam etdirmək olub.

İkinci mərhələdə media xalqı Vladimir Putinin ətrafında birləşdirməyə və onun reytinqini yüksəltməyə çalışıb.

Son mərhələdə isə media "Vaqner" özəl hərbi təşkilatının rəhbəri Y. Priqojini alçaltmağa və onu önəmsiz bir fiqur kimi göstərib.

Kəşfiyyatın məlumatına görə, üsyan zamanı "Vaqner"çilərin teleqram kanallarına Rusiya hökümətinin müdaxiləsi olub və nəticədə bu kanallar "yuxu rejimində" olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR