Almaniyada uşaqların olduğu avtomobillərdə bu qadağan oluna bilər

"Toplumda uşaq və hamilə qadınların daha çox qorunmasına ehtiyac var. Uşaq və hamilələrin olduğu avtomobillərdə siqaret çəkmə qadağası qoyulmalıdır".

Metbuat.az xəbər verir ki, bunu Almaniyanın səhiyyə naziri Karl Lauterbax özünün Tviter hesabında yazıb. O bildirib ki, siqaret çəkilməsi azyaşlılar və hamilə qadınlarda qalıcı fəsadlara səbəb olur, ona görə də, sözügedən qadağa daha öncə təsdiq edilməli idi.

Eyni zamanda, Almaniya Səhiyyə Nazirliyi sözgedən qadağa ilə bağlı qanun layihəsi hazırlayıb. Layihə digər nazirliklərlə müzakirə edildikdən sonra ölkənin Nazirlər Kabinetində masaya yatırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR