Əlibaba Məmmədovun qəbirüstü abidəsi qoyulub - FOTO

Görkəmli muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi qoyulub.

Metbuat.az xəbər verir ki, qəbirüstü abidə artıq Fəxri xiyabanda sənətkarın qəbri üzərində quraşdırılıb.

    Xatırladaq ki, qəbirüstü abidənin bundan öncəki variantı xanəndənin ailəsi tərəfindən bəyənilməyərək geri qaytarılmışdı.

    Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 2022-ci ilin 25 fevralında vəfat edib. O, ölkə mədəniyyətinə xidmətlərinə görə, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülüb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR